2024-cü ildə Azərbaycanda əsası qoyulmuş “Cyber Army” kibertəhlükəsizlik istiqamətində xidmət göstərən və tədris proqramları üzrə geniş layihələr icra edən təşkilatdır. Təşkilatın əsas məqsədi Azərbaycanın gələcəyinin əsas təməli olan gənclərimizin kibertəhlükəsizlik sahəsi üzrə ixtisaslaşmasına dəstək olmaq və yüksək ixtisaslı mütəxəssis kimi yetişdirməkdir. Digər əsas prioritetimiz isə kibertəhlükəsizlik sahəsi üzrə ölkəmizin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması və ön pillələrdə yer almasıdır.
Əgər sən də kiber ordumuza qoşularaq bu sahədə uğur qazanmaq istəyirsənsə elə indi bizimlə əlaqə qur!
Hal-hazırda Kibertəhlükəsizlik üzrə tədris layihəmiz 2 istiqamətdə
Red Team və Blue Team olaraq tədris olunur.
"Cyber Yashma" adlı Red Team komandamız laboratoriya şəraitində nüfuzetmə testləri həyata keçirərək praktiki biliklərini inkişaf etdirməklə yanaşı ctf yarışmalarının təşkilində də iştirak edirlər. Red Team
təlimlərinə qoşulmaq üçün linkə daxil ol!
"Cyber Scope" adlı Blue Team komandamız akademiya daxilində kiber hücumları aşkar etmək, analiz etmək, cavab tədbirləri görmək, şəbəkə və sistemlərin qorunmasını simulyasiya edərək öyrənirlər. Blue team təlimlərinə qoşulmaq üçün linkə daxil ol!